eDers

 

Elektron poçt
 
 
Elektron poçt insanlar arasında ən çox yayılmış ünsiyyət növüdür. E-poçt bir neçə saniyə ərzində internet şəbəkəsinin yerləşdiyi istənilən yerə nəinki mətn, hətta istənilən faylı göndərməyə imkan verir. Eynilə gerçək həyatdakı kimi, virtual aləmdə də e-poçt göndərmək üçün əvvəla göndərənin özünün e-poçt ünvanı olmalıdır. 
 
E-poçt ünvanının tərkibində:
1) @ (oxunuşu: ət) işarəsi olur. Rus dilində bu işarəyə “собачка” deyilir;
2) boşluq olmur;
3) ancaq ingilis əlifbasının hərflərindən istifadə edilir.
 
E-poçt ünvanı unikal olmalıdır və təkrarlana bilməz.
 
Məsələn:
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Burada “info” informasiya sözünün qısaldılmış forması olmaqla istifadəçi tərəfindən seçilmiş söz və ya addır, @ işarəsindən sonrası e-poçtun yerləşdiyi domeni bildirir.
 
Hazırda, mail.ru, yahoo.com, hotmail.com kimi məşhur e-poçt sistemləri olsa da, yüksək təhlükəsizlik və sair üstünlüklərinə görə Google Mail (oxunuşu: quql meyl) daha çox istifadə edilir. Elə bu sistemin misalında e-poçt ünvanının necə əldə edildiyini göstərək.
 

 

© Jibbolic.com @ 2013